Rusiyada ABŞ dollarının məzənnəsi 100 rubldan aşağı düşüb.
Bizim.Media “Mosbirja”ya istinadən xəbər verir ki, ABŞ valyutasının məzənnəsi martın 3-dən ilk dəfə olaraq 100 rubldan aşağı düşüb.
Qeyd edək ki, Ukrayna müharibəsi fonunda Qərbin Rusiyaya tətbiq etdiyi müxtəlif sanksiyalara görə Rusiya rublu dollar və avroya nisbətdə kəskin ucuzlaşıb.
Bizim.Media