Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanda Rusiya təyyarələrinin həbs edilməsi barəsində verilmiş açıqlama həqiqəti əks etdirmir və təəccüb doğurur.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidməti yayıb.
Mənbə yazır ki, Azərbaycanda Rusiya Federasiyasına məxsus təyyarələr üzərində həbs qoyulmayıb.
Rusiyanın aidiyyəti təşkilatlarını həqiqəti əks etdirməyən bu məlumatı təkzib etməyə çağırırıq. (trend)
Bizim.Media