Keçmiş gəlini Canana əməkdar artist Mətanət İsgəndərli ilə barışmaq üçün addım atıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Instagram” hesabında paylaşım edən Canana bildirib ki, Novruz bayramında sənətçiylə arasındakı küsülülüyə son qoymaq istəyir:
“Öz kiçikliyimi göstərib, uşaqlarımın nənəsi olan Mətanət İsgəndərlidən bir ana olaraq xahiş edirəm ki, aramızdakı münaqişəyə son qoyaq! Barışıq elan edirəm, çünki balalarıma ehtiyacım var.
Mən də istəyirəm bayramı balalarımla qeyd edim. Mətanət İsgəndərli, səndən ev, mülk istəmirəm, yalnız balalarımı istəyirəm”.
Qeyd edək ki, ötən il sənətçinin oğlu Kərim ilə qalmaqallı şəkildə ayrılan Canana keçirilən məhkəmədə qalib gələrək uşaqlarının vəsatətini alıb. Lakin qərarın qüvvəyə minməsi üçün iki ay vaxt verilib.
Bizim.Media