Dünya bazarında Brent markalı neftin qiyməti yenidən bahalaşıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin 2022-ci ilin may ayında çatdırılması üçün fyuçers müqaviləsinin dəyəri 6%-ə qədər artıb və bir barel üçün 114,42 dollara çatıb.
Ticarət platformasında WTI markalı neftin qiyməti 5,66% artaraq 1 barelə görə 108,78 dollar olub.
Bizim.Media