Fransanın "L Equipe" nəşri 2020-ci ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb.
Bizim.Media-nın məıumatına görə, ilin ən yaxşı idmançısı adına "Mercedes" komandasının pilotu Lüis Hemilton layiq görülüb.
Britaniyalı idmançı bu il "Formula 1" üzrə 7 qat dünya çempionluğunu rəsmiləşdirərək, Mixael Şumaxerin rekordunu təkrarlayıb.
Norveçli Marte Olsbü-Royselann isə ən yaxşı qadın idmançı olub.
Bizim.Media