Prezident və xanımı Suqovuşanda avarçəkənlərin məşqini seyr etdi - FOTO/VİDEO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma federasiyanın gələcək planları barədə məlumat verdi və videoçarx nümayiş etdirildi.

Diqqətə çatdırıldı ki, avarçəkmə idman növü ilə Azərbaycanda 1930-cu illərdən məşğul olunmağa başlanılıb. Sonralar ənənəvi idman növlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində Azərbaycanda 11 avarçəkmə klubu fəaliyyət göstərirdi.

Müstəqilliyin ilk illərində Mingəçevirdəki baza baxımsız hala düşsə də, dövlətimizin başçısının tapşırığı ilə 2010-cu ildə bu baza ən yüksək standartlara cavab verən səviyyəyə çatdırılıb.

Hazırda əsas məqsəd ölkəmizdə avarçəkmə idman növünün coğrafiyasını genişləndirmək və gəncləri bu idman növünə cəlb etməkdir.

Dövlətimizin başçısına və birinci xanıma avarçəkmə yarışlarında istifadə olunan qayıqlarla bağlı məlumat verildi. Bildirildi ki, avarçəkmənin 3 əsas növü var – akademik, kayak və kanoe. Akademik avarçəkmədə idmançılar 1, 2, 4 və 8 nəfərlik qayıqlarda mübarizə aparırlar.

Yarış iştirakçıları qayığı geriyə hərəkət etdirirlər. Burada qayıq həm əl, həm ayaq, həm də bədən gücü ilə və sinxron şəkildə hərəkət etdirilir.

Azərbaycan Prezidenti təlim-məşq toplantısının rəsmi açılışını bildirən düyməni sıxandan sonra qarşı tərəfdəki metal konstruksiyadan “QARABAĞ AZƏRBAYCANDIR!” yazısı əks olunmuş banner açıldı, səmaya 7 min hava şarı buraxıldı və ardınca idmançılar məşq prosesinə başladılar.

Dövlətimizin başçısı və birinci xanım məşq prosesini və bayraq şousunu izlədilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xatirə hədiyyəsini imzaladı və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təqdim etdi.

Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qaldı.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Mehdi Mehdizadə həbs edildi

Mehdi Mehdizadə həbs edildi

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

Vensin Cənubi Qafqaza səfərindən yadda qalanlar – VİDEO

Vensin Cənubi Qafqaza səfərindən yadda qalanlar – VİDEO

Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" – VİDEO

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" – VİDEO

Arda Güleri bezdirən hadisə! - Komanda yeməyini də erkən tərk etdi

Arda Güleri bezdirən hadisə! - Komanda yeməyini də erkən tərk etdi

Bütün dünya bu 39 azərbaycanlını axtarır - SİYAHI/FOTO

Bütün dünya bu 39 azərbaycanlını axtarır - SİYAHI/FOTO

Messi yoldaşlıq oyunu zamanı zədələndi - VİDEO

Messi yoldaşlıq oyunu zamanı zədələndi - VİDEO

Bakıda ər-arvad dəm qazından ZƏHƏRLƏNDİ - Biri həyatını itirdi

Bakıda ər-arvad dəm qazından ZƏHƏRLƏNDİ - Biri həyatını itirdi

Amerikanın kəşfiyyat təyyarəsi və dronu İran sərhədi yaxınlığında UÇDU

Amerikanın kəşfiyyat təyyarəsi və dronu İran sərhədi yaxınlığında UÇDU

End of content

No more pages to load

RADİO