Suqovuşanda turizm kompleksinin təməli qoyuldu - FOTO/VİDEO

Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleksin layihəsi barədə məlumat verdi.

Bildirildi ki, ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcək.

Diqqətə çatdırıldı ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq.

Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva turizm kompleksində istifadə olunacaq xüsusi maşınlara baxdılar.

Prezident İlham Əliyev kompleksin təməlini qoydu.

Sonra dövlətimizin başçısı və birinci xanım kompleksin ərazisində ağac əkdilər.

Qeyd edək ki, Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət göstərəcək. Görülən işlər sübut edir ki, çox füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

Azərbaycanda bəzi şəxslərin müavinətləri ARTIRILDI

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Gemini” Azərbaycan dilində istifadəyə verildi

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

“Qarabağ” - “Nyukasl” oyununun biletləri satışa çıxarıldı

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

85 min manatlıq dələduzluq etdi – Vərəmdən VƏFAT ETDİ

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı – ANBAAN VİDEO

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Rusiya ordusunda xidmət edən 4 azərbaycanlı HƏLAK OLUB

Mehdi Mehdizadə həbs edildi

Mehdi Mehdizadə həbs edildi

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Ramiz Mehdiyevin bankı ABB-yə birləşdirilir? – ARAŞDIRMA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Hava şəraiti mülayimləşdi - FAKTİKİ HAVA

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Magistraturaya hazırlaşanların NƏZƏRİNƏ

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Bakıda “pub”da çəkdiyi əxlaqsız videoları paylaşdı - Həbs olundu

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Ukrayna dronları Rusiyada dəhşət yaşatdı - Əhali təxliyə olunur - VİDEO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Şimal bölgəsində qarlı havanı günəşli hava əvəz edir - FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

Polis Füzulidə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR – FOTO

NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

NATO-nun Arktikada yeni missiyası – Məqsəd Trampı sakitləşdirməkdir?

Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

Nəriman Axundzadə yeni klubunda nə vaxt DEBÜT EDƏCƏK?

Vensin Cənubi Qafqaza səfərindən yadda qalanlar – VİDEO

Vensin Cənubi Qafqaza səfərindən yadda qalanlar – VİDEO

Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

Vensin Azərbaycana səfəri ilə bağlı Pol Qobldan AÇIQLAMA – EKSKLÜZİV

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" – VİDEO

ADY maşinistindən çağırış: "Sərnişinlərə stres yaşatmayın" – VİDEO

Arda Güleri bezdirən hadisə! - Komanda yeməyini də erkən tərk etdi

Arda Güleri bezdirən hadisə! - Komanda yeməyini də erkən tərk etdi

Bütün dünya bu 39 azərbaycanlını axtarır - SİYAHI/FOTO

Bütün dünya bu 39 azərbaycanlını axtarır - SİYAHI/FOTO

Messi yoldaşlıq oyunu zamanı zədələndi - VİDEO

Messi yoldaşlıq oyunu zamanı zədələndi - VİDEO

Bakıda ər-arvad dəm qazından ZƏHƏRLƏNDİ - Biri həyatını itirdi

Bakıda ər-arvad dəm qazından ZƏHƏRLƏNDİ - Biri həyatını itirdi

Amerikanın kəşfiyyat təyyarəsi və dronu İran sərhədi yaxınlığında UÇDU

Amerikanın kəşfiyyat təyyarəsi və dronu İran sərhədi yaxınlığında UÇDU

End of content

No more pages to load

RADİO