Bir müddət əvvəl produser Acun Ilıcalı Kuruçeşmedə 16 milyon 800 min dollara (təxminən 28 milyon manata) villa satın alıb.
Bizim.Media xəbər verir ki, Ilıcalı hazırda Ulus Yeşil bölgəsində yerləşən malikanəsini satışa çıxarıb.
3 mərtəbəli lüks villa 5 milyon dollara (yəni 8 milyon 500 min manata) satılır.
Acunun yeni açılacaq kanalı üçün malikanəni təcili satmaq istədiyi bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Şeyma Subaşından boşanan Ilıcalının Kuruçeşmedəki evi ona verəcəyi deyilirdi. (axşam.az)
Bizim.Media