Azərbaycanda ərzaq məhsulları ilə bağlı YENİ QƏRAR - SİYAHI

Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərar imzalayıb.

Bizim.Media-nın məlumatına görə, sənəddə müəyyən edilib ki, siyahısı bu Qərarın əlavəsi ilə müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb


Sözügedən Qərara əlavə edilən siyahıya daxil olan malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək.

Siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciət edən şəxs “İnzibati icraat haqqında” qanuna uyğun olaraq tərtib olunmuş ərizəni gömrük ərazisindən aparılması istənilən malların növü, həcmi, təyinat ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs malların bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə məlumatlar ilə birlikdə “İnzibati icraat haqqında” qanuna uyğun olaraq İqtisadiyyat Nazirliyinə təqdim edəcək.

İqtisadiyyat Nazirliyi siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciətə onun təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində baxacaq.

İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların gömrük ərazisindən aparılmasının yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim ediləcək.

İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə 5 (beş) iş günü müddətində əsaslandırılmış imtina məktubu təqdim ediləcək.

Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray”dan ardıcıl 7-ci QƏLƏBƏ

“Qalatasaray”dan ardıcıl 7-ci QƏLƏBƏ

Bu qidalar qəbizlikdən xilas edir - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bu qidalar qəbizlikdən xilas edir - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Rüfət oynadı, komandası qalib gəldi

Rüfət oynadı, komandası qalib gəldi

FHN-in Mülki müdafiə qoşunlarında Anım Günü QEYD EDİLDİ - FOTO

FHN-in Mülki müdafiə qoşunlarında Anım Günü QEYD EDİLDİ - FOTO

"Bağçanın müdiri və yoldaşı uşaqların ərzağını mağazaya qoyub satırlar" - VİDEO

"Bağçanın müdiri və yoldaşı uşaqların ərzağını mağazaya qoyub satırlar" - VİDEO

Kim nə qədər səs toplayıb? - "Qızıl top"un NƏTİCƏLƏRİ

Kim nə qədər səs toplayıb? - "Qızıl top"un NƏTİCƏLƏRİ

Avropa Şurasının Baş katibi: “Prezident İlham Əliyevlə görüşümüz çox uğurlu keçdi”

Avropa Şurasının Baş katibi: “Prezident İlham Əliyevlə görüşümüz çox uğurlu keçdi”

Mehriban Əliyevadan Anım Günü ilə bağlı PAYLAŞIM – FOTO

Mehriban Əliyevadan Anım Günü ilə bağlı PAYLAŞIM – FOTO

İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

Azərbaycanda Anım Günüdür

Azərbaycanda Anım Günüdür

Baş məşqçi zərbə alıb istefa verdi - Məşhur komandanın məşqində DAVA

Baş məşqçi zərbə alıb istefa verdi - Məşhur komandanın məşqində DAVA

Zelenski: “Putin Rusiya ordusunun uğurları barədə digər liderlərə yalan danışır”

Zelenski: “Putin Rusiya ordusunun uğurları barədə digər liderlərə yalan danışır”

Oktyabr çağırışı üzrə xidmət yerləri AÇIQLANDI

Oktyabr çağırışı üzrə xidmət yerləri AÇIQLANDI

Qubada AĞIR QƏZA: Ölən və yaralı var - ÖZƏL/FOTO

Qubada AĞIR QƏZA: Ölən və yaralı var - ÖZƏL/FOTO

Rəsmi Moskva HƏDƏLƏDİ: Rusiyaya qarşı düşmən addımların adekvat cavabı olacaq

Rəsmi Moskva HƏDƏLƏDİ: Rusiyaya qarşı düşmən addımların adekvat cavabı olacaq

Xatirə: “Birinci yerdə həyat yoldaşımdır, sonra anam-atam” - VİDEO

Xatirə: “Birinci yerdə həyat yoldaşımdır, sonra anam-atam” - VİDEO

"Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz" - Qurban Qurbanov

"Qarşıdakı matçı düşünsək, oyunumuz alınmaz" - Qurban Qurbanov

Tibbdə yeni İNQİLAB - Saç telindən incə mikromotorlar hazırlandı

Tibbdə yeni İNQİLAB - Saç telindən incə mikromotorlar hazırlandı

Bakının bir rayonunda İŞIQ OLMAYACAQ

Bakının bir rayonunda İŞIQ OLMAYACAQ

"Ovusu paltardəyişmə otağında ağlayırdı" - Sxadadze

"Ovusu paltardəyişmə otağında ağlayırdı" - Sxadadze

Şahbaz Şərif BMT kürsüsündən Azərbaycana TƏŞƏKKÜR ETDİ

Şahbaz Şərif BMT kürsüsündən Azərbaycana TƏŞƏKKÜR ETDİ

Aİ 19-cu sanksiyalar paketinə rus diplomatları da daxil edəcək

Aİ 19-cu sanksiyalar paketinə rus diplomatları da daxil edəcək

Yanğın təhlükəsinə görə restoranın fəaliyyəti DAYANDIRILDI - FOTO/VİDEO

Yanğın təhlükəsinə görə restoranın fəaliyyəti DAYANDIRILDI - FOTO/VİDEO

Qəzadan sonra altı ay komada qalan şəxs VƏFAT ETDİ

Qəzadan sonra altı ay komada qalan şəxs VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO