Azərbaycana elektromobil idxalı KƏSKİN ARTDI

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 125 433,4 min ABŞ dolları dəyərində 11 145 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 25,3 % və 18,1 % çoxdur. 

Bizim.Media APA-nın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, cari ilin ilk iki ayında ölkəyə 95 133,71 min dollar dəyərində 10 340 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub.

Bu göstərici 2021-ci ilin eyni göstəricisindən dəyər baxımından 15,2 %, say baxımından isə 20 % çoxdur. 

Bundan başqa, bu ilin yanvar-fevral aylarında ölkəyə 14 352,93 min dollar dəyərində 668 vahid (2021-ci ilin eyni göstəricisi ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 30,4 % çox, say baxımından isə 97 vahid az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 87 vahid (49 vahid çox) 10 283,36 min dollar dəyərində (artım 2,4 dəfədən çox) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 50 vahid (35 vahid çox) 5 663,40 min dollar dəyərində (2,4 dəfədən çox) xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub. 

Komitənin məlumatına görə, bu ilin yanvar-fevral aylarında ölkəyə dəyəri 16 466,98 min dollar (2021-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 3,1 dəfədən çox) təşkil edən 2 032 vahid (95 % çox) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), həmçinin 1 252,43 min dollar (2,6 dəfədən çox) dəyərində 57 vahid (47 vahid çox) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

54 illik fasilədən sonra Aya ilk uçuş gerçəkləşdi

54 illik fasilədən sonra Aya ilk uçuş gerçəkləşdi

BİZİM TƏQVİM:2 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:2 apreldə baş vermiş tarixi hadisələr

“Qalatasaray”dan “Milan”a 30 milyonluq təklif

“Qalatasaray”dan “Milan”a 30 milyonluq təklif

Aprelin sevgi proqnozu: Həm yeni romantika, həm də ayrılıq anı...

Aprelin sevgi proqnozu: Həm yeni romantika, həm də ayrılıq anı...

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Amnistiyaya düşən Vətən müharibəsi iştirakçılarının SAYI AÇIQLANDI

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar kəskin azalıb

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Gürcüstanda köhnə avtomobillər üçün aksiz vergisi ARTIRILDI

Tərəf müqabili oldular

Tərəf müqabili oldular

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Aralıq dənizində güclü ZƏLZƏLƏ oldu

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Röya Ayxan Toral Bayramovun qızının ad günündə - VİDEO

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

13 illik evlilik bitdi

13 illik evlilik bitdi

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəldi – FOTO

Məşhur müğənni buna görə məhkəməlik oldu

Məşhur müğənni buna görə məhkəməlik oldu

Hun dövrünə aid əşyalar TAPILDI

Hun dövrünə aid əşyalar TAPILDI

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Rəqsanə plastik əməliyyatdan sonra TANINMAZ HALA DÜŞDÜ - VİDEO

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Bu ərazilərdə kirayə qiymətlərində artım müşahidə olunur

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Gülayın üzüyü müzakirə yaratdı: Hamı ondan danışır — VİDEO

Bu yay trend olacaq 5 geyim - FOTO

Bu yay trend olacaq 5 geyim - FOTO

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

“Rusiya ilə hərbi münaqişəyə hazırlaşırlar”

Aprel döyüşlərindən 10 il ÖTÜR

Aprel döyüşlərindən 10 il ÖTÜR

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

Elm və Təhsil Nazirliyində struktur dəyişikliyi olub

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

ABŞ İranla müharibədə 16 “MQ-9 Reaper” PUA-sını itirib

End of content

No more pages to load

RADİO