2022-ci ilin yanvar-fevral aylarında Azərbaycandakı banklar 107,7 mln. manat xalis mənfəət, 161,8 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Bizim.Media-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 47,3% artıb.
Əməliyyat mənfəətinə gəldikdə, sözügedən göstərici illik müqayisədə 18,1% artıb.
Bizim.Media