Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 105 ədəd minik avtomobili istehsal olunub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 111 ədəd azdır.
Hesabat dövrü ərzində ümumlikdə bu sektorda 77,1 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nəqliyyat vasitələrinin istehsalı 5,1 dəfə artıb.
Bizim.Media