Pulumuzu manatla, yoxsa dollarla saxlayaq? - FED-in qərarındakı QEYRİ-MÜƏYYƏNLİKLƏR 

“Konkret olaraq, FED-in qərarına qədər 0,25%-lik artım gözlənilən idi. Buna görə də, bazarlarda bütün əmtəə və xidmətlərin qiymətlərində əks etdirmişdilər. Hətta bəzi analitiklər və investorlar 0,5% bəndində artım gözləyirdi. Dünənki qərarın 0,25% olması isə, bazarlarda şok effekti yaratmadı və bu gün bütün dinamika yenidən bərpa olunub”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Elman Sadıqov bildirib.

Belə ki, FED-in (Federal Ehtiyatlar Sistemi - ABŞ Mərkəzi Bankı səlahiyyətlərini icra edir) faiz dərəcələrindəki artımın neft qiymətlərinə və digər valyutalara təsirini şərh edən ekspert davam edən prosesləri müxtəlif istiqamətlərdən şərh edib: 
 

MÖVZU İLƏ BAĞLI:

FED faiz dərəcəsini artırdı - DOLLAR bahalaşa bilər


“1. Neftin qiyməti tam olaraq FED-in faiz dərəcələrindən asılı deyil. Sakit dövrlərdə bu belə qəbul oluna bilərdi. Lakin Rusiya-Ukrayna müharibəsi, pandemiya olmasa idi, FED-in qərarı əmtəə qiymətlərinə birbaşa təsir edə bilərdi. Neft-qaz qiymətinə hal-hazırda müharibə, sanksiyalar, tələb-təklif birbaşa təsir göstərir.

2. Valyuta cütlüklərinə gəlincə isə, dollar onsuz da kifayət qədər güclüdür. Çünki müharibə, pandemiya kimi məsələlər riskləri saxladığından dollara qaçış hələ də davam edir. Riskli aktivlərə meyil hələlik yoxdur. Göründüyü kimi, faiz artımı belə bazarlara ciddi təsir etmədi”.

Elman Sadıqovun sözlərinə görə, FED-in qərarında qeyri-müəyyənliyin olduğunu da vurğulayıb:

“Çox önəmli məsələ ondan ibarətdir ki, FED-in ritorikasında az da olsa qeyri-müəyyənlik və narahatlıq var idi. Bu açıq şəkildə səsləndirilməsə belə, Rusiyaya qoyulan sanksiyaların qlobal iqtisadiyyata hansı təsirlərinin olacağı hələ də sual altındadır. Bunun özü qeyri-müəyyənlik yaradır”.

Qeyri-müəyyənliyin səbəblərinə gəlincə...

“ABŞ-da işsizlik səviyyəsi fevral ayına görə 3,8%-dir. Bu çox uyğun bir işsizlik faizidir. Çünki 5%-in altında işsizlik nisbəti normal qəbul olunur, 3,8% isə mükəmməl göstəricidir. Hətta FED rəhbəri qeyd etdi ki, əmək bazarında yaxşı mənada ciddi sıxlıq var. Hal-hazırda Amerika bazarında iş yaranma sürəti daha güclüdür. 

Digər tərəfdən inflyasiya dərəcəsi 7,9%-dir. Əslində bu, çox yüksəkdir. Bu səbəbdən FED 0,5% bəndində artıma getməli idi. FED-in bu addımı atmamasının səbəbi isə, daha yüksək risklərin olduğunu deməyə əsas verir və bu bazarlarda nəzərə alınır. Qərarın qaz və neft qiymətlərinə ciddi təsir edəcəyi ehtimalı yüksək deyil”.

Elman Sadıqov FED-in faiz dərəclərini artırmasının digər valyutalara və manata mümkün təsirlərini də analiz edib:

“Amma monetar məsələni diqqətə saxlamalıyıq. Gözlər hal-hazırda Avropa və Böyük Britaniya mərkəzi banklarının üzərindədir. FED-in faiz artımına getməsi, bazara əlavə dollar axışının məhdudlaşması, dünyaya səpələnmiş dolların Amerikaya dönüşü ilə nəticələnir. Yəni biz, əmtəə qiymətlərindən daha çox, dolların öz yurd-yuvasına qayıtmasını diqqətdə saxlamalıyıq. Ucuz dollar erası artıq bitməkdədir. Bundan sonra, asanlıqla investisiyalar, digər ölkələrin banklarında depozitlərdən daha çox dollar öz ölkəsinin bankına geri dönəcək. Bu aspektdə inkişaf etməkdə olan ölkələrin valyutalarına təzyiq formalaşacaq.

Lakin Azərbaycana manatına bu təsir etməyəcək. Çünki manata təsir neftin qiymətindən asılıdır. Neftin qiyməti yüksək olduqca, dolların fazi dərəcəsinin neçə olmasından asılı olmayaraq, Azərbaycan manatına təzyiqlər nisbətən yumşaq və azdır”.


Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenskidən şok AÇIQLAMA: Rusiya İncirlik Hava Bazasını izləyir

Zelenskidən şok AÇIQLAMA: Rusiya İncirlik Hava Bazasını izləyir

Bu meyvə görün hansı xəstəliklərin dərmanı İMİŞ

Bu meyvə görün hansı xəstəliklərin dərmanı İMİŞ

Türkiyə İsrailin planını pozdu - Ərdoğandan Trampa SƏRT xəbərdarlıq

Türkiyə İsrailin planını pozdu - Ərdoğandan Trampa SƏRT xəbərdarlıq

Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO

Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO

ABŞ-da milyonlarla insan Trampa qarşı etiraza çıxdı - VİDEO

ABŞ-da milyonlarla insan Trampa qarşı etiraza çıxdı - VİDEO

Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə təsdiqlədi

Pezeşkian ABŞ-la danışıqların aparıldığını ilk dəfə təsdiqlədi

11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

11 min hədəf, 150-dən çox gəmi - CENTCOM hesabat verdi

Bu gecə İranın böyük şəhərləri bombalandı - VİDEO

Bu gecə İranın böyük şəhərləri bombalandı - VİDEO

Türkiyə dünya çempionatına vəsiqə qazanacaq?

Türkiyə dünya çempionatına vəsiqə qazanacaq?

Smartfonun batareyasına zərər verən 4 məşhur mif

Smartfonun batareyasına zərər verən 4 məşhur mif

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - VİDEO

Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı - VİDEO

Bugün də intensiv yağış yağacaq

Bugün də intensiv yağış yağacaq

Pentaqon İranda quru əməliyyatlara hazırlaşır - FOTO

Pentaqon İranda quru əməliyyatlara hazırlaşır - FOTO

Roma Papası Monakoya getdi - Son 500 ildə ilk dəfə - FOTO

Roma Papası Monakoya getdi - Son 500 ildə ilk dəfə - FOTO

Yanacaq bahalaşdı - Sürücülər etiraz etdi

Yanacaq bahalaşdı - Sürücülər etiraz etdi

Bu ölkədə uşaqlar sosial şəbəkəyə girə bilməyəcək

Bu ölkədə uşaqlar sosial şəbəkəyə girə bilməyəcək

Salah A Seriyasına qayıda bilər

Salah A Seriyasına qayıda bilər

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

End of content

No more pages to load

RADİO