Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 125,2 min dkl üzüm şərabı istehsal olunub.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artıb.
Təkcə fevralda 69,8 min dkl şərab istehsal olunub ki, bu da yanvar ayı ilə müqayisədə 26% çoxdur.
Qeyd edək ki, martın 1-nə hazır məhsul ehtiyatı 990,3 min dkl təşkil edib.
Bizim.Media