Bu ilin yanvar-fevral ayında Azərbaycanda küləklə işləyən stansiyalar 9,4 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 35,2% azdır.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvarda günəş enerjisi ilə işləyən stansiyalar (GES) tərəfindən isə 7,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+41,5%).
Xatırladaq ki, ötən il ölkədə küləklə işləyən stansiyalar 89 mln. kVt-saat elektrik enerjisi istehsal edib, bu da illik müqayisədə 6,7% azdır.
2021-ci ildə günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 54,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+18,3%).
Bizim.Media