Avropada təbii qazın qiyməti kəskin ucuzlaşaraq 1200 ABŞ dollarına enib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Londondakı “İCE Futures” birjasındakı hərracda TTF-in aprel fyüçersləri 15,99 % ucuzlaşaraq min kubmetri 1 216 ABŞ dollarına satılıb.
Xatırladaq ki, martın 7-dəki səhər hərraclarında qaz 4 min ABŞ dolları həddinə yaxınlaşsa da, ayın 11-də 1 400 ABŞ dollarından aşağı düşmüşdü.
Bizim.Media