Rusiya “Zirkon” raketinin yeni görüntülərini yayımlayıb.
Bizim.Media “The Sun”a istinadən xəbər verir ki, raketin Ağ dənizdəki “Admiral Qorşkov” freqatından atıldığı anların videosu dünya mediasının gündəminə düşüb.
“Qarşısıalınmaz” adlandırılan və saatda 10 min km sürətə malik hipersəs nüvəli raketin Londonu 5 dəqiqəyə məhv edə biləcəyi qeyd edilib.
“TV Zvezda” isə bu kadrları “Zirkon” hipersəs raketinin sürəti o qədər yüksəkdir ki, düşmənin hava hücumundan müdafiə sistemi onu vaxtında aşkar edib qarşısını ala bilmir” – başlığı ilə yayımlayıb.
Bizim.Media