Çeçenistanın Baçi-Yurt kəndində respublika başçısı Ramzan Kadırovun oğlu Axmatın adını daşıyan bir idman kompleksi açılıb.
Bizim.Media xəbər verir ki, Qroznı Dövlət Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, bina "İdman həyat normasıdır" regional layihəsi çərçivəsində inşa edilib.
İdman kompleksinin açılışında Bədən Tərbiyəsi və İdman naziri Həmzət Kadırov, onun birinci müavini Çingizxan Xatsiyev, qurumun nümayəndələri, Kurçaloyevski rayon rəhbərliyi və yerli sakinlər iştirak ediblər.
İdman kompleksinin ərazisində futbol meydançası, voleybol və mini futbol meydançaları, dairəvi qaçış yolları tikilib. İki mərtəbəli binada idman zalı, metodiki və tibbi kabinetlər, istirahət otaqları yerləşir.
Binanın niyə respublika rəhbərinin oğlunun adına verildiyi bildirilmir.
Noyabr ayında Axmat Kadırovun qədim bir ritualdan keçərək kişi olduğu məlum olub. Çeçenistan rəhbərinin sözlərinə görə, bu ritual gəncin 15 yaşı tamam olduqda həyata keçirilir. Əsas məqam kəməri xəncərlə bağlama mərasimi və papağın təqdimatıdır.
Bizim.Media