"Sonradan peşman olacağın, utanacağın şeyləri indi dəbdir deyə etməməlisən".
Bizim.Media xəbər verir ki, bunu müğənni Günel Zeynalova “Instagram” izləyicilərinin ona ünvanladığı sualları cavablandırarkən bildirib.
"Qızlar hər zaman bir taclı şahzadə geyimləri xəyal edib böyüyürlər. Bu da mən... Heç kimi qınamıram. Kiminsə geyinməsinə nəsə demirəm. Əlbəttə ki, gözə, qulağa xitab etmək önəmlidir. Amma hər şey qədərində... Tək səhnə üçün demirəm, hər şeydə ölçünü qorumaq önəmlidir. Sonradan peşman olacağın, utanacağın şeyləri indi dəbdir deyə etməməlisən. Sənət çılpaqlıq olub. Tamaşaçılar, alqışlayanlar rəssam deyil ki..." – deyə ifaçı qeyd edib.
Xatırladaq ki, Türkiyə şou-biznesində son günlər Gülşən açıq geyimləri ilə gündəmdən düşmür.
Bizim.Media