Ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Birdəfəlik ödəmələr dekabrın 25-dən vətəndaşlara verilir.
Ümumilikdə 600 min nəfərə 190 manat ödəniləcək. Birdəfəlik ödənişlər ayın sonuna qədər yekunlaşdırılacaq.
Bizim.Media