Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 510,1 milyon kubmetr təbii qaz ixrac edib.
Bizim.Media xəbər verir ki, hesabat dövrü ərzində SOCAR üzrə təbii qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 % artıb.
2021-ci ilin yanvar-fevral aylarında SOCAR 309,4 milyon kubmet təbii qaz ixrac etmişdi.
Qeyd edək ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Rövşən Nəcəf bildirib.
Bizim.Media