Ermənilərlə biznes quran rus sülhməramlılarının komandiri kimdir? - VOLKOVLA BAĞLI ŞOK FAKTLAR - VİDEO

Sülhməramlı reket: General Volkova həsr olunub.

Son həftələr Qarabağda gərginlik artmaqdadır. Mövqelərimizin atəşə tutulması müntəzəm xarakter alıb və bu bir qayda olaraq, Ağdam istiqamətində həyata keçirilir. 

Ermənistan tərəfi bu cür təxribatlarla açıq şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması prosesini ləngitməyə, Silahlı Qüvvələrimizi döyüş hazırlığı vəziyyətində saxlamağa çalışır.

Bəs bu cəsarəti Qarabağda son vaxtlara qədər Kəlbəcərdən sonuncu unitazı söküb qaçan separatçılara kim və ya kimlər verir?

Separatçıların Qarabağda güvəndiyi əsas fiqur Rusiya sülhməramlılarının hazırkı komandiri, general-mayor Andrey Volkovdur. Azərbaycanın sağlam işgüzar münasibət qurduğu və baş verən hadisələri həll etdiyi sələfləri Anaşkin və Muradovdan fərqli olaraq, Volkov neytral deyil, separatçıların açıq tərəfdarıdır. Prinsipcə, bu təəccüblü deyil, çünki bizdə olan məlumatlara görə, general Volkov Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindəki müvəqqəti məsuliyyəti ərazisində, o cümlədən Pirlər kəndindəki üzüm bağlarında artıq öz kommersiya maraqlarını həyata keçirir.

Üstəlik, Volkov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək separatçılara mütəmadi olaraq qaçaqmalçılıq xidməti göstərir. Təbii ki, bütün bunlar təmənnasız baş vermir.

Volkovun belə bir mövqe tutmasının səbəbi, əlavə pul qazanmaq üçün istəkdən başqa nədir? 


Bizim.Media xəbər verir ki, generalın yaxın ətrafından "Caliber.az"-a bildirilib ki, Volkovun maddi maraqları ilə yanaşı, psixoloji motivi də var - azərbaycanlılara qarşı şəxsi nifrəti. menbe bildirib ki, hetda bunun sebeb Və hətta bunun səbəbini də bilirik.

Qoşunlarımızın 2020-ci ilin dekabr ayında Azərbaycanın Xocavənd rayonunun Tağlar və Çaylaqqala kəndlərində bir qrup erməni diversantını zərərsizləşdirmək üçün keçirdiyi xüsusi əməliyyat hamımızın yadındadır.

Əməliyyatdan sonra erməni tərəfi bu kəndlərdə möhkəmlənməyə çalışdı və bu işdə general Volkov onlara dəsrək verirdi.

Hətda iş o yerə çatıb ki, hər şey ermənilərin planı ilə getməyəndə, həmin vaxt Rusiya sülhmərmalı qoşunlarının komandir müavini vəzifəsində çalışan general Volkov şəxsən zirehli transportyorunu Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat zonasına sürməyə cəhd edib. Lakin Ordumuzun gördüyü tədbirlər sayəsində Volkova xəbərdarlıq edilərək, ərazini tərk etməsi təmin edilib. 

Görünür, həmin dekabr biabırçılığından sonra generalda ciddi psixoloji komplekslər yaranıb.

Volkov öz kommersiya maraqları və azərbaycanlılara qarşı şəxsi düşmənçiliyi ilə sülhməramlılıqdan Qarabağda separatçılığın birbaşa iştirakçısına çevrilib.

Bu səbəbdən də Azərbaycan Volkovun yerinə daha səriştəli və qərəzsiz bir fiqurun gətirilməsində israrlıdır. Rusiya sülhməramlılarının hazırkı komandiri regionda sülhün bərqərar olmasına töhfə vermir, yalnız təcavüzkar separatizmi qızışdırır.
Sonda general Volkova bildirmək istərdik ki, Qarabağ münaqişəsinin həlli tarixində rus generalları olub ki, sülh naminə bitərəf qalıblar, hətta öz həyatlarını belə riskə atıblar. Söhbət keçmiş DQMV-nin xüsusi vəziyyət zonası və Azərbaycanın qonşu rayonlarının komandiri olan, xidməti borcuna sədaqətinə, namusuna, cəsarətinə və prinsiplərə sadiqliyinə görə bir çoxları tərəfindən “dəmir general” adlandırılan general-mayor Vladislav Nikolayeviç Safonovdan gedir. 1988-1990-cı illərdə V.Safonov Azərbaycan ərazisi olan Qarabağın azərbaycanlı əhalisinin erməni işğalından qorunmasında böyük xidmətlər göstərmişdir.

Həmin illərdə göstərdiyi prinsipial mövqe sayəsində Qarabağda nisbi sabitliyə nail olmaq mümkün olmuşdu.


Volkova 1991-ci ildə Azərbaycanın Füzuli və Xocavənd rayonlarının hərbi komandanlıqlarına rəhbərlik etmiş, azərbaycanlıların yaddaşında vicdanlı və sarsılmaz zabit olraq qalan Rusiya Daxili Xidmətinin general-leytenantı Aleksandr İvanoviç Voloxu da misal göstərmək olar. 

Həm Volox, həm də Safonov Qarabağda öz vəzifələrini layiqincə yerinə yetirdilər. Lakin görünür Qarabağdakı Rusiya sülhməramlılarının indiki komandiri general Volkov Xüsusi İnzibati Komitədən olan unudulmaz Arkadi Volskinin yolunu tutub.
Onun erməni separatçıları ilə flört etməsi Bakını Moskvadan onun dərhal bölgədən geri çağırılmasını tələb etməyə məcbur etmişdi.

Nə edildi - Volski qalmaqal və biabırçılıqla Qarabağdan qovuldu. Əgər Volkov separatçıların Azərbaycan ərazisində biznes tərəfdaşı çıxış etməyə, sülhməramlı olduğunu unutmağa davam edərsə, o zaman çox keçmədən Volskinin taleyini bölüşə bilər...

Mənbə: Caliber.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Məşhur idmançı HƏBS EDİLDİ

Məşhur idmançı HƏBS EDİLDİ

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

Paytaxt ərazisi yağış sularından təmizlənir - VİDEO

Paytaxt ərazisi yağış sularından təmizlənir - VİDEO

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

AFFA oyunları təxirə saldı

AFFA oyunları təxirə saldı

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

İsrailin Livana hücumları nəticəsində 2 jurnalist həyatını itirdi - FOTO/VİDEO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

Oğuzda ağacların kəsilməsinə görə cinayət işi başlanılıb - FOTO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

"Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi" - VİDEO

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

Qusarda köməksiz vəziyyətdə qalan ailə təxliyə olundu – VİDEO – ÖZƏL

End of content

No more pages to load

RADİO