TV 8-də yayımlanan məşhur “Survivor” yarışmasının yayım tarixi məlum olub.
Bizim.Media xəbər verir ki, reytinqli layihə 9 yanvar saat 20:00-da tamaşaçıların qarşısına çıxacaq.
Yarışda həmişəki kimi “Məşhurlar” və “Könüllülər” adlı iki komanda mübarizə aparacaq.
Yarışmadkı iştirakçıların adı açıqlanmasa da, mətbuat zaman-zaman "Survivor"a qatılacaq bəzi ünlülər barədə məlumatlar yayıb.
Belə ki, bu dəfəki yarışmanın iştirakçıları arasında aktrisa Öykü Çelik, “Masterchef”in münsifi Danilo, aktyor Batuhan Karacakaya və Cemal Hünalın adları hallanır.
Bizim.Media