Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev məşhurların ölkədən çıxmasının qarşısını almaq üçün qanun layihəsi hazırlayıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Həmzəyev təklif edib ki, bu ağır günlərdə vətəni atıb gedənlərin ölkəyə geri qayıtmasına qadağa qoyulsun.
Qeyd edək ki, artıq bir neçə gündür, Rusiyanın tanınmış şəxsləri, o cümlədən, Alla Puqaçova, Zemfira, Kseniya Sobçak və digər məşhurlar ölkəni tərk edərək xaricə üz tutublar.
Bizim.Media