Ukraynada həlak olan Rusiya hərbçilərinin ailələrinə 5 milyon rubl (təxminən 79 min 470 manat) veriləcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvüləri görüşdə bildirib.
O, bununla bağlı müvafiq göstəriş verdiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına görə, Ukraynadakı hərbi əməliyyat zamanı 498 rus hərbçisi həlak olub.
Bizim.Media