Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların ikinci mərhələsi martın 3-də baş tutacaq.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
“Ukraynadakı vəziyyətin həlli yolu tapılacaq, mən şübhə etmirəm. Bizim üçün minimal olan şərtlər hamıya məlumdur” – deyə nazir qeyd edib.
Onun fikrincə, danışıqlarda Ukrayna nümayəndə heyətinin Vaşinqtondan siqnallar alması şübhəsizdir.
Bizim.Media