Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Rusiyanın 7 bankını SWIFT-dən ayırıb. VTB Bankı mövzuya münasibətini bildirib.
Bizim.Media xəbər verir ki, qurum “SWIFT sistemindən ayrılmaq bankımızın müştəri xidmətinə təsir etməyəcək” sözlərini deyib.
"Bu qərar VTB-nin korporativ müştəriləri tərəfindən beynəlxalq köçürmələrin həyata keçirilməsi ilə bağlı mövcud vəziyyəti dəyişmir. Bankın fərdi müştərilərinə xaricə köçürmələr artıq mövcud deyil”, - bankdan bildiriblər.
Xatırladaq ki, Aİ bir az öncə VTB, Rossiya, Otkritie, Novikombank, Promsvyazbank, Sovcombank və VEB.RF banklarını SWIFT-dən ayırıb.
Bizim.Media