Milli Depozit Mərkəzi (MDM) fevralda investorlara edilən kupon ödənişlərinin məbləğini açıqlayıb.
MDM-dən Bizim.Media-ya bildirilib ki, fevral ayı ərzində Milli Depozit Mərkəzi tərəfindən Maliyyə Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), BOKT “Embafinance” QSC, “Ferrum Kapital” MMC və “Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazları üzrə 835 investora 71,8 milyon AZN və 1,4 milyon ABŞ dolları həcmində kupon ödənişləri həyata keçirilib.
Bizim.Media