Bu ilin fevral ayında Azərbaycanda "Instagram" istifadəçilərinin fəallığı yanvar ayı ilə müqayisədə 17,5 faiz artıb.
Bizim.Media "Global Stats" statistika mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, bu ilin martın 1-nə "Instagram"ın Azərbaycanın sosial media bazarında payı 28% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 5,7 faiz çoxdur.
Populyarlığına görə "Instagram" ölkənin sosial media bazarında ilk dəfə olaraq birinci yeri tutub.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Facebook" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı fevral ayı ərzində 22,8 faiz azalıb.
"YouTube" isə Azərbaycanın sosial media bazarında 19,8% bazar payı ilə 3-cü yerdə qərarlaşıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz azdır.
Bizim.Media