Rublun dəyər itirməsi Azərbaycana necə təsir edəcək? - VİDEO 

Rusiya-Ukrayna müharibəsi başlayan gündən onlarla ölkənin Rusiyaya tətbiq etdiyi ciddi iqtisadi sanksiyalar bu ölkənin milli valyutasını kəskin ucuzlaşdırıb. Böyük bir regionda dominant valyuta rolunu oynayan rubl, sanksiyalara tab gətirə bilmir. 

Bizim.Media xəbər verir ki, Rusiyada yüz minlərlə soydaşımız çalışır və Azərbaycanda yaşayan yaxınlarına müntəzəm şəkildə vəsait göndərir.

Ümumilikdə ölkəmizə xaricdən hər il təqribən 1,2 milyard dollar vəsait göndərilir ki, bunun da təqribən 53 faizi Rusiyanın payına düşür. Rusiyadan ölkəmizə göndərilən vəsaitlər 2020-ci ildə 17, 2021-ci ildə isə 13 faiz artıb. 

Ekspertlər deyirlər ki, Ukrayna ilə bağlı baş verənlərin fonunda Rusiya iqtisadiyyatının qarşılaşdığı problemlər bu ölkədən göndərilən vəsaitlərə də təsirsiz ötüşməyəcək. 

Rusiya Azərbaycanın qeyri-neft ixracında birinci yerdə dayanır. Azərbaycanın meyvə və tərəvəz məhsullarının əsas ixrac ünvanı olan Rusiyada rublun dəyər itirməsi xarici məhsulların bu ölkədə bahalaşmasına və nəticədə alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxara bilər. Yəni Azərbaycan məhsullarının bu ölkədə bahalaşmaması üçün ixrac etdiyimiz məhsulları əvvəlkindən daha ucuz qiymətə satmalıyıq. Lakin bu ölkəyə tətbiq olunan digər sanksiyalar azərbaycanlı ixracatçılara əlavə imkanlar da verə bilər. 

Ölkəmizlə Rusiyanın ticarət əlaqələri təkcə yüksək ixrac əməliyyatları ilə məhdudlaşmır, bu ölkə Azərbaycanın idxalında da mühüm yer tutur. Odur ki, ucuzlaşan rus rublu bu ölkənin məhsullarını azərbaycanlı alıcılar üçün daha əlçatan edə bilər.

Lakin Rusiya iqtisadiyyatının sanskiyalardan görəcəyi ziyan bu ölkənin ixrac imkanlarını da məhdudlaşdıra və qiymətlərə fərqli təsir də göstərə bilər. 

Qeyd edək ki, qlobal valyuta bazarında Rusiya-Ukrayna müharibəsi başlayana kimi rus valyutasının 1 dollara nisbətdə dəyəri 80 rublu ötmürdü, hazırda isə 1 dollar 100-120 rubla dəyişdirilir və yaxın günlərdə devalvasiyanın dərinləşəcəyi də proqnozlaşdırılır. 
Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyevdən nümayəndə heyətinin Nyu-Yorkdan Vətənə qayıdışı ilə bağlı paylaşım – FOTO

Hikmət Hacıyevdən nümayəndə heyətinin Nyu-Yorkdan Vətənə qayıdışı ilə bağlı paylaşım – FOTO

Bakının bu ərazilərinə METRO çəkilə bilər – TƏKLİF

Bakının bu ərazilərinə METRO çəkilə bilər – TƏKLİF

Prezidentin ABŞ-a işgüzar səfəri başa çatdı

Prezidentin ABŞ-a işgüzar səfəri başa çatdı

Rəsmilər Zəfər parkında – FOTO

Rəsmilər Zəfər parkında – FOTO

Gəncəyə əlavə qatar reysi TƏYİN OLUNDU

Gəncəyə əlavə qatar reysi TƏYİN OLUNDU

Prezident Zəfər parkına əklil göndərdi – FOTO

Prezident Zəfər parkına əklil göndərdi – FOTO

Bu ərazilərdə yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Bu ərazilərdə yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA

19 yaşında dünyanın ən gənc milyarderi - O bu sərvətə necə sahib oldu?

19 yaşında dünyanın ən gənc milyarderi - O bu sərvətə necə sahib oldu?

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Payız və qış aylarında ən çox rastlanan xəstəliklər – Həkimlərdən XƏBƏRDARLIQ

Payız və qış aylarında ən çox rastlanan xəstəliklər – Həkimlərdən XƏBƏRDARLIQ

27 SENTYABR – Zəfər tariximizə qızıl hərflərlə yazılan GÜN

27 SENTYABR – Zəfər tariximizə qızıl hərflərlə yazılan GÜN

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Bakıda təmir-bərpa işləri apararkən yıxılan kişi belə xilas edildi – VİDEO

Bakıda təmir-bərpa işləri apararkən yıxılan kişi belə xilas edildi – VİDEO

MN Anım Günü ilə bağlı video yaydı - Real kadrlar

MN Anım Günü ilə bağlı video yaydı - Real kadrlar

Bakıya giriş bu tarixdən pullu olacaq

Bakıya giriş bu tarixdən pullu olacaq

İbrahim Tatlısesin ailəsinə ağır itki üz verdi

İbrahim Tatlısesin ailəsinə ağır itki üz verdi

Bir çox infarktların gözlənilməz səbəbi BİLİNDİ

Bir çox infarktların gözlənilməz səbəbi BİLİNDİ

"Bu, Vətən müharibəsidir!" - Hikmət Hacıyevin hərbi əməliyyatlarla bağlı ilk brifinqi – VİDEO

"Bu, Vətən müharibəsidir!" - Hikmət Hacıyevin hərbi əməliyyatlarla bağlı ilk brifinqi – VİDEO

SON DƏQİQƏ! Abşeronda anbar YANIR – VİDEO

SON DƏQİQƏ! Abşeronda anbar YANIR – VİDEO

Vətən müharibəsinin xronikası: 27 sentyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 27 sentyabr – VİDEO

“Facebook” və “Instagram”da reklamlardan bezənlərə yeni xidmət

“Facebook” və “Instagram”da reklamlardan bezənlərə yeni xidmət

BİZİM TƏQVİM:27 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:27 sentyabrda baş vermiş tarixi hadisələr

"Bavariya"dan Harri Keyn AÇIQLAMASI

"Bavariya"dan Harri Keyn AÇIQLAMASI

ANAMA-da Anım Günü ilə bağlı tədbir keçirildi - FOTO

ANAMA-da Anım Günü ilə bağlı tədbir keçirildi - FOTO

End of content

No more pages to load

RADİO