Neft Fondundan Rusiya-Ukrayna müharibəsinin aktivlərə potensial təsiri ilə bağlı AÇIQLAMA 

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən həm dünya iqtisadiyyatında, həm geosiyasi arenada, həm maliyyə bazarlarında baş verənlər diqqətlə izlənilir, aidiyyatı təhlillər həyata keçirilir və potensial risklərin investisiya portfeli üçün yarada biləcəyi təsirlər dərindən öyrənilərək, müvafiq qərarlar verilir. 

Bizim.Media xəbər verir ki, bu barədə "Report"a Fonddan Rusiya və Ukrayna arasında baş verən müharibənin Neft Fondunun Rusiyadakı aktivlərinə təsiri ilə bağlı sorğunu cavablandırarkən bildirilib. 

"Son hadisələr Rusiya maliyyə bazarları da daxil olmaqla, beynəlxalq birjalara öz təsirini göstərir və çox ciddi qısamüddətli dalğalanmaların şahidi oluruq. 

Məlumdur ki, budəfəki dalğalanmalara gətirib çıxaran səbəblər ənənəvi iqtisadi-maliyyə xarakterli deyil və hazırda dünya iqtisadiyyatı və maliyyə bazarları həm mahiyyət, həm də miqyas etibarilə fərqli mənzərə ilə qarşılaşmaqdadır. Dövlət Neft Fondu olaraq həm dünya iqtisadiyyatında, həm geosiyasi arenada, həm maliyyə bazarlarında baş verənlər tərəfimizdən diqqətlə izlənilir, aidiyyatı təhlillər həyata keçirilir və potensial risklərin investisiya portfeli üçün yarada biləcəyi təsirlər dərindən öyrənilərək, müvafiq qərarlar verilir.

İndiki mərhələdə, bir məqamı yenidən xatırlatmaq yerinə düşərdi ki, ARDNF hər hansı spesifik ölkə və ya region, maliyyə aktivi və valyuta növü üzrə konkret ixtisaslaşmış investor deyil, qlobal investordur”, - Fonddan bildirilib. 

Eyni zamanda qeyd olunub ki, Dövlət Neft Fondunun yüksək şaxələndirilmiş qlobal investisiya portfeli onun məqsəd və vəzifələrinin icrasına cavab verməklə yanaşı, həm də bir sıra əsas risklər, o cümlədən geosiyasi risklər düzgün nəzərə alınaraq qurulub və bu kimi şoklardan sığortalanmağa qadirdir: 

“Hazırda investisiya portfelinin həm aktivlər üzrə bölgüsü, həm valyuta bölgüsü, həm də coğrafi bölgüsü bunu deməyə bir daha əsas verir. Məsələn, ARDNF-nin investisiya portfelinin təxminən 80 %-ə qədəri yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, məlum olduğu kimi bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Təbii ki, ARDNF-nin investisiya portfelinə daxil edilən və yalnız "VTB" bankın səhmlərindən deyil, dünyanın bazar kapitallaşmasına görə ən böyük 1 600 şirkətinin paylarını özündə əks etdirən səhm yatırımları uzunmüddətli dövrdə yüksək gəlirlilik vəd edərək portfelin diversifikasiyasının təmin olunmasında müstəsna rol oynayır və qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə səciyyələnir.

Nəticə etibarilə ARDNF-nin vəsaitlərinin həcminin dəyişməsi, habelə gəlirlilik göstəricisi beynəlxalq təcrübə də əsas götürülməklə ayrı-ayrı şirkətlərin səhmləri və ya investisiya aktivləri deyil, ümumi portfel kontekstində dəyərləndirilir və bu barədə ətraflı məlumat Fondun fəaliyyəti haqqında rüblük və illik hesabatlarda əks olunur”. 

Xatırladaq ki, ARDNF-in 2012-ci ildə təsdiq olunmuş yeni investisiya siyasətinə əsasən, onun investisiya portfelinə səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə alətləri daxil olub.
Bu çərçivədə Fond 500 milyon ABŞ dolları investisiya qoyaraq Rusiya "VTB" bankının səhmlərinin təxminən 3 %-ni əldə edib. 

Bununla yanaşı, həmin ildə ARDNF Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor”ofis-ticarət mərkəzini satın almışdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu ərazilərinə METRO çəkilə bilər – TƏKLİF

Bakının bu ərazilərinə METRO çəkilə bilər – TƏKLİF

Prezidentin ABŞ-a işgüzar səfəri başa çatdı

Prezidentin ABŞ-a işgüzar səfəri başa çatdı

Rəsmilər Zəfər parkında – FOTO

Rəsmilər Zəfər parkında – FOTO

Gəncəyə əlavə qatar reysi TƏYİN OLUNDU

Gəncəyə əlavə qatar reysi TƏYİN OLUNDU

Prezident Zəfər parkına əklil göndərdi – FOTO

Prezident Zəfər parkına əklil göndərdi – FOTO

Bu ərazilərdə yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Bu ərazilərdə yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA

19 yaşında dünyanın ən gənc milyarderi - O bu sərvətə necə sahib oldu?

19 yaşında dünyanın ən gənc milyarderi - O bu sərvətə necə sahib oldu?

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Payız və qış aylarında ən çox rastlanan xəstəliklər – Həkimlərdən XƏBƏRDARLIQ

Payız və qış aylarında ən çox rastlanan xəstəliklər – Həkimlərdən XƏBƏRDARLIQ

27 SENTYABR – Zəfər tariximizə qızıl hərflərlə yazılan GÜN

27 SENTYABR – Zəfər tariximizə qızıl hərflərlə yazılan GÜN

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Bakıda təmir-bərpa işləri apararkən yıxılan kişi belə xilas edildi – VİDEO

Bakıda təmir-bərpa işləri apararkən yıxılan kişi belə xilas edildi – VİDEO

MN Anım Günü ilə bağlı video yaydı - Real kadrlar

MN Anım Günü ilə bağlı video yaydı - Real kadrlar

Bakıya giriş bu tarixdən pullu olacaq

Bakıya giriş bu tarixdən pullu olacaq

İbrahim Tatlısesin ailəsinə ağır itki üz verdi

İbrahim Tatlısesin ailəsinə ağır itki üz verdi

Bir çox infarktların gözlənilməz səbəbi BİLİNDİ

Bir çox infarktların gözlənilməz səbəbi BİLİNDİ

"Bu, Vətən müharibəsidir!" - Hikmət Hacıyevin hərbi əməliyyatlarla bağlı ilk brifinqi – VİDEO

"Bu, Vətən müharibəsidir!" - Hikmət Hacıyevin hərbi əməliyyatlarla bağlı ilk brifinqi – VİDEO

SON DƏQİQƏ! Abşeronda anbar YANIR – VİDEO

SON DƏQİQƏ! Abşeronda anbar YANIR – VİDEO

Vətən müharibəsinin xronikası: 27 sentyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 27 sentyabr – VİDEO

“Facebook” və “Instagram”da reklamlardan bezənlərə yeni xidmət

“Facebook” və “Instagram”da reklamlardan bezənlərə yeni xidmət

BİZİM TƏQVİM:27 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:27 sentyabrda baş vermiş tarixi hadisələr

"Bavariya"dan Harri Keyn AÇIQLAMASI

"Bavariya"dan Harri Keyn AÇIQLAMASI

ANAMA-da Anım Günü ilə bağlı tədbir keçirildi - FOTO

ANAMA-da Anım Günü ilə bağlı tədbir keçirildi - FOTO

Qazaxda kişinin yataq otağında meyiti TAPILDI

Qazaxda kişinin yataq otağında meyiti TAPILDI

End of content

No more pages to load

RADİO