Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.
Bizim.Media-nın xəbərinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,22% və ya 3,19 dollar artaraq 102,3 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Bizim.Media