Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti”nin təqdimatı olub – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən “Əmək bazarı üzrə terminlərin izahlı lüğəti” hazırlanıb.
 
Bizim.Media xəbər verir ki, yeni nəşrin təqdimatı tədbirində qurumun rəhbər şəxsləri, kitabın rəyçiləri, Nazirlik yanında İctimai şuranın üzvləri də daxil olmaqla müxtəlif ictimai birliklərin nümayəndələri iştirak edib.
 
Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli tədbir iştirakçılarına lüğət haqqında məlumat verib. Bildirib ki, bu nəşr əmək bazarı sahəsində ilk izahlı lüğət kimi mühüm əhəmiyyət daşıyır və sahədə vahid terminoloji bazanın formalaşdırılmasına xidmət edir.
 
Əmək bazarının müxtəlif aspektlərini əhatə edən 4 əsas istiqamət üzrə hazırlanan lüğətdə Azərbaycan və ingilis dillərində 5500 terminin əsaslı izahı verilib.
 
Daha sonra lüğətin rəyçilərinin fikirləri dinlənilib. Nazirlik yanında İctimai şuranın sədri, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov lüğətin önəmindən bəhs edib. O, yeni lüğətin istər dövlət, istərsə özəl sektor üçün nəzəri və praktik baxımdan dəyərli mənbə olduğunu vurğulayıb.
 
​Digər çıxış edənlər əmək münasibətlərində hüquqi terminlərin dəqiq izahının əmək bazarı iştirakçıları, habelə qeyri-hökumət təşkilatları üçün əhəmiyyətini diqqətə çatdırıblar.  
 
Nəşrin əmək bazarı ilə bağlı məlumatlılığın artırılmasına və terminoloji vahidliyin təmin edilməsinə, bu sahəyə dair müxtəlif terminlərin düzgün anlaşılmasına və onlardan düzgün istifadəyə xidmət edəcəyi, müvafiq sahənin öyrənilməsi ilə məşğul olanlar üçün yol xəritəsi olacağı qeyd edilib.






 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Bişkekdə Paşinyanla görüşəcək – VİDEO

İlham Əliyev Bişkekdə Paşinyanla görüşəcək – VİDEO

Bu kənddə hamı xalatla gəzir

Bu kənddə hamı xalatla gəzir

Xırdalana gedənlərin DİQQƏTİNƏ!

Xırdalana gedənlərin DİQQƏTİNƏ!

Mərkəzi Bank vəzifəli şəxsləri CƏRİMƏLƏDİ

Mərkəzi Bank vəzifəli şəxsləri CƏRİMƏLƏDİ

Bakıda yayın son konserti keçirildi- Fotolar

Bakıda yayın son konserti keçirildi- Fotolar

"Qarabağ" Dani Boltla yolları AYIRDI

"Qarabağ" Dani Boltla yolları AYIRDI

Bakıda sahibsiz it qadınlara və azyaşlılara hücum çəkdi – ANBAAN VİDEO

Bakıda sahibsiz it qadınlara və azyaşlılara hücum çəkdi – ANBAAN VİDEO

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

2400 il əvvəl batan gəmi daşıdığı yüklə birgə TAPILDI

Tokayev onu baş nazir təyin etdi

Tokayev onu baş nazir təyin etdi

Bakıda avtomobil aşdı – VİDEO

Bakıda avtomobil aşdı – VİDEO

Şükufə Yusupovanın vəziyyəti necədir?

Şükufə Yusupovanın vəziyyəti necədir?

Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu

Bakıda ailə dramı: Kişi yeməyə görə arvadını döydü, saçını yoldu

Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi – FOTO

Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi – FOTO

Prezident və birinci xanım Qırğızıstanda səfərdədir – FOTO

Prezident və birinci xanım Qırğızıstanda səfərdədir – FOTO

2 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

2 ildən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı – FOTO

Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi

Generalın qızı işdən çıxarılan idarə rəisini məhkəməyə verdi

Azərbaycanlı jurnalistlər Bişkekdə - VİDEO

Azərbaycanlı jurnalistlər Bişkekdə - VİDEO

Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"

Pezeşkian: "İran televiziyasına baxmıram, görəndə əsəbiləşirəm"

Sentyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ

Sentyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ

Xaçmazda 26 yaşlı gənc faciəvi şəkildə HƏYATINI İTİRDİ

Xaçmazda 26 yaşlı gənc faciəvi şəkildə HƏYATINI İTİRDİ

DYP-dən ÇAĞIRIŞ: “Yağışlı havada sürəti azaldın!”

DYP-dən ÇAĞIRIŞ: “Yağışlı havada sürəti azaldın!”

Üç BÜRCÜN pul problemləri ilə üzləşməsinin SƏBƏBLƏRİ

Üç BÜRCÜN pul problemləri ilə üzləşməsinin SƏBƏBLƏRİ

Prezident Malayziya Kralını TƏBRİK ETDİ

Prezident Malayziya Kralını TƏBRİK ETDİ

Balakənin sabiq icra başçısının həbs müddəti UZADILDI

Balakənin sabiq icra başçısının həbs müddəti UZADILDI

End of content

No more pages to load

RADİO