Rusiya prezidenti Vladimir Putin bazar ertəsi hökumət, Mərkəzi Bank və prezident administrasiyasının nümayəndələrinin iştirakı ilə iqtisadiyyatla bağlı iclas keçirəcək.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu gün prezident iqtisadi məsələlərlə məşğul olacaq. İqtisadi reallıq əhəmiyyətli dərəcədə dəyişib, ona görə də Baş nazir Mixail Mişustin, Baş nazirin birinci müavini Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina, Sberbank-ın rəhbəri German Qref Kremlə dəvət olunacaqlar. Prezident administrasiyasının bəzi nümayəndələri də tədbirə qatılacaqlar”, - Peskov bildirib.
Bizim.Media