Ötən ay Azərbaycandan MDB ölkələrinə 286 milyon 596 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Qeyd olunub ki, bu göstərici 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 122 milyon 381 min dollar çoxdur.
Bu ilin yanvar ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 322 milyon 440 min dollar olub.
Bizim.Media