Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada yerləşən yanacaqdoldurma məntəqələrinə göstəriş verib.
MÖVZU İLƏ BAĞLI:
SOCAR Ukraynada bu avtomobillərə yanacağı pulsuz verir
Ukraynadakı SOCAR yanacaqdoldurma məntəqələrinə təcili yardım, yanğınsöndürən və digər xidməti avtomobillərə yanacağın pulsuz verilməsi tapşırılıb.
Bizim.Media xəbər verir ki, SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov faktı təsdiqləyib.
"Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək", - deyə İ.Əhmədov bildirib.
Bizim.Media