Rusiya mətbuatı Xocalı soyqırımından yazdı – “Qətllərə görə heç kim mühakimə olunmayıb”

Rusiya mətbuatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş məqalə dərc edib. 

Bizim.Media xəbər verir ki, Utro.ru internet nəşrində dərc olunan məqalədə ilk növbədə 1988-ci ildə Qarabağda münaqişənin alovlanmasına diqqət çəkilib: 

"Postsovet məkanının tarixində bir xalqın digər xalqa qarşı etdiyi dəhşətli qəddarlığın çoxlu faciəli səhifələri var. Xocalı qətliamı da onlardan biridir. Fevralın 26-da Birinci Qarabağ müharibəsi zamanı baş vermiş qanlı hadisələrin 30-cu ili tamam olur. 1992-ci ildə bu hadisə zamanı Xocalı şəhərinin yüzlərlə sakini, o cümlədən qadınlar və uşaqlar öldürülüb, yaralanıb və ya itkin düşüb. 

Xatırladaq ki, SSRİ yenicə dağılmışdı və onun xarabalıqlarında çaşqınlıq, xaos hökm sürürdü ki, bu da bir sıra regionlarda xalqların qırğınına çevrilirdi. Bu dövrdə bütün Qafqaz alovlanıb:

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən Qarabağ müharibəsi başlayıb”. 

Nəşr Xocalıya hücum əməliyyatı barədə də informasiya verib: 

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbçiləri azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərini zəbt ediblər. Onu tamamilə mühasirəyə aldılar.
Orada telefon rabitəsi dayandı, işıq, istilik və su kəsildi. Saat 23:00-da atışma başladı, gecə saat 1-də piyadalar şəhərə girdi və səhər saat 7-də müdafiəçilərin müqaviməti yatırılıb. Erməni mənbələri şəhər sakinlərinin gözlənilən hücumla bağlı guya xəbərdarlıq edildiyini, lakin dinc əhalinin təxliyəsinin baş tutmadığını iddia ediblər. Hüquq müdafiəçilərinin fikrincə, insanların çıxarılması ilə bağlı heç bir açıqlama işğalçıların tələbi ilə evlərini və mənzillərini tərk etməkdən imtina edən dinc əhalinin kütləvi qətlinə haqq qazandıra bilməz”. 

Məqalədə həmçinin, genosidin dünya miqyasında tanınması və faciəninmasştabı haqqında da informasiya verilib: 

“Xocalıda qətliam faktı beynəlxalq təşkilatların (HRW, “Memorial” və s.) hesabatlarında öz əksini tapıb və dünya ölkələrinin bir çox parlamentləri tərəfindən tanınıb. Həmin faciənin dəhşətlərini Tomas de Vaal (“Qara bağ”) və Yuri Romanov (“Müharibəni çəkirəm”) kimi yazıçılar öz kitablarında təsvir ediblər. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, şəhərin süqutundan sonra dörd gün ərzində təkcə qonşu Ağdama 200-ə yaxın meyit gətirilib ki, onlardan 13-ü uşaq, 51-i qadındır.

Onların böyük əksəriyyəti güllə yaraları alıb, bəziləri küt əşyalarla vurularaq öldürülüblər. Bundan əlavə, ölənlərin cəsədlərinin təhqir edilməsi, o cümlədən baş dərisinin soyulması faktları qeydə alınıb, bir qızın yalnız başı qalıb. 
Xocalı faciəsi dəhşətli rəqəmlərlə yadda qalıb: 613 nəfər, o cümlədən həmin qış gecəsində donub qalanlar (63 uşaq, 106 qadın, 70 qoca) və 8 ailə tamamilə məhv edilib.

487 yaralı arasında 76 uşaq var, daha 150 nəfər itkin düşüb. 5 379 vətəndaş daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalıb. 

İndiyədək Ermənistanda dinc əhalinin qətlinə görə heç kim mühakimə olunmayıb. Üstəlik, qətliam faktı barədə danışılmır, hətta bəzən ölkə rəhbərliyi tərəfindən hadisəyə haqq da qazandırılır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

“Milan” futbolçusunu İngiltərə klubuna SATDI

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Bəzi şəxslər sağlamlığı üçün kartof yeməməlidir - Həkimdən QADAĞA

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

Novxanıda ferma sahibi ilə sakinlər arasında NARAZILIQ - VİDEO

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün 13 milyard dollar ayıracaq - KİV

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Millimiz beynəlxalq turnirdə iştirak edəcək

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Mələkxanım Eyubova böyük qızına AD GÜNÜ ETDİ - VİDEO

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Bu ölkə əhalisini Fransa ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

11 yaşlı uşaq qida zəhərlənməsindən ölüb?

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Birinci Liqa: Mərkəzi oyunda qalib müəyyənləşmədi

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Bərdədə AĞIR QƏZA: Bir nəfər ölüb, iki yaralı var - FOTO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

Moskva hava limanlarında təxminən 50 reys GECİKİR - VİDEO

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet SATILIB?

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Bu məhsulları südlə qarışdırmaq OLMAZ - Sağlamlığa ziyan vurur

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub - VİDEO

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

Yeni mərhələ BAŞLAYIR: 5 bürc üçün əsl dönüş nöqtəsi olacaq

“Real”da Mbappe ŞOKU

“Real”da Mbappe ŞOKU

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Ərdoğan müxalifət deputatlarının parlament tribununu ələ keçirməsini xuliqanlıq ADLANDIRDI

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Gəncədə maşın iki qadını XƏSTƏXANALIQ ETDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi LƏĞV EDİLDİ

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

Fatimə övladları ilə tətilə GETDİ - VİDEO

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

YAP Ramiz Mehdiyevə görə iclas KEÇİRƏCƏK

Sumqayıtda ayaqqabı təmiri köşkü YANDI - VİDEO

Sumqayıtda ayaqqabı təmiri köşkü YANDI - VİDEO

End of content

No more pages to load

RADİO