Bu ilin yanvar ayında Azərbaycana 128 ölkədən 74 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, gələnlərin 81,2%-ni kişilər, 18,8%-ni qadınlar təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 42,4%-i dəmir yolu və avtomobil, 55,5%-i hava, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.
Bizim.Media