Avropada təbii qazın qiyməti hər min kubmetr üçün 1000 dolları keçib.
Bizim.Media xəbər verir ki, Londonun ICE birjasında fyuçerslər əvvəlki hesablaşma qiymətindən 9,6% artaraq 1,021,8 dollara satılıb.
Qeyd olunur ki, qiymət artımının səbəbi Asiyada mayeləşdirilmiş təbii qaza (LNG) yüksək tələbat, əsas təchizatçılardan tədarükün məhdudluğu, 2021-ci ildə uzun soyuq qış və isti yaydan sonra Avropanın yeraltı anbarının aşağı doluluq səviyyəsidir.
Bizim.Media