Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi genişləndiriləcək - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb.

Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlıq və ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirakı qeyd olunub. Vurğulanıb ki, dövlət başçısı Dünya İqtisadi Forumu ilə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət göstərir.

Nazir qeyd edib ki, Dünya İqtisadi Forumu, eləcə də Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlığın uğurlu nəticəsi olaraq, Şəbəkənin Azərbaycan Mərkəzi fəaliyyətə başlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

IV Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi açılıb - FOTO 


Mikayıl Cabbarov davamlı və dayanıqlı inkişafın Dördüncü Sənaye İnqilabının (4Sİ) tələbləri ilə sıx əlaqəli olduğunu diqqətə çatdırıb.

Görüşdə 4Sİ texnologiyaları və rəqəmsal iqtisadiyyat haqqında məlumatlılığın artırılmasının, bu sahədə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasının önəmi diqqətə çatdırılıb.

Dünya İqtisadi Forumunun prezidenti Borge Brende təşkilatın Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib, ölkəmizin inkişafının qlobal çağırışlarla uzlaşdığını vurğulayıb.

Qeyd olunub ki, Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması bu sahədə aparıcı ölkələrlə tərəfdaşlığın inkişafına, 4Sİ texnologiyalarının tətbiqinin genişlənməsinə şərait yaradacaqdır.

Tərəflər Dünya İqtisadi Forumu ilə əlaqələrin gücləndirilməsi, 4Sİ texnologiyaları sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsinin sürətləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media
​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çobanyastığı çayının elm tərəfindən təsdiqlənmiş 7 FAYDASI

Çobanyastığı çayının elm tərəfindən təsdiqlənmiş 7 FAYDASI

Abşeronda anbarda YANĞIN – YENİLƏNİB/VİDEO

Abşeronda anbarda YANĞIN – YENİLƏNİB/VİDEO

İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdi - VİDEO

İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdi - VİDEO

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Prezident Yevlax Olimpiya İdman Kompleksinin açılışında – FOTO

Prezident Yevlax Olimpiya İdman Kompleksinin açılışında – FOTO

Türkiyə XİN-dən Anım Günü ilə bağlı paylaşım – FOTO

Türkiyə XİN-dən Anım Günü ilə bağlı paylaşım – FOTO

Tarixi Zəfərin REALLIQLARI

Tarixi Zəfərin REALLIQLARI

Stolüstü tennisçilərimiz gümüş medal qazandı

Stolüstü tennisçilərimiz gümüş medal qazandı

Şəkidə 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi

Şəkidə 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişdi

DTX-dən III Bakı Təhlükəsizlik Forumu ilə bağlı VİDEO

DTX-dən III Bakı Təhlükəsizlik Forumu ilə bağlı VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu – FOTO

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu – FOTO

Hikmət Hacıyevdən nümayəndə heyətinin Nyu-Yorkdan Vətənə qayıdışı ilə bağlı paylaşım – FOTO

Hikmət Hacıyevdən nümayəndə heyətinin Nyu-Yorkdan Vətənə qayıdışı ilə bağlı paylaşım – FOTO

Bakının bu ərazilərinə METRO çəkilə bilər – TƏKLİF

Bakının bu ərazilərinə METRO çəkilə bilər – TƏKLİF

Prezidentin ABŞ-a işgüzar səfəri başa çatdı

Prezidentin ABŞ-a işgüzar səfəri başa çatdı

Rəsmilər Zəfər parkında – FOTO

Rəsmilər Zəfər parkında – FOTO

Gəncəyə əlavə qatar reysi TƏYİN OLUNDU

Gəncəyə əlavə qatar reysi TƏYİN OLUNDU

Prezident Zəfər parkına əklil göndərdi – FOTO

Prezident Zəfər parkına əklil göndərdi – FOTO

Bu ərazilərdə yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Bu ərazilərdə yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA

19 yaşında dünyanın ən gənc milyarderi - O bu sərvətə necə sahib oldu?

19 yaşında dünyanın ən gənc milyarderi - O bu sərvətə necə sahib oldu?

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Payız və qış aylarında ən çox rastlanan xəstəliklər – Həkimlərdən XƏBƏRDARLIQ

Payız və qış aylarında ən çox rastlanan xəstəliklər – Həkimlərdən XƏBƏRDARLIQ

27 SENTYABR – Zəfər tariximizə qızıl hərflərlə yazılan GÜN

27 SENTYABR – Zəfər tariximizə qızıl hərflərlə yazılan GÜN

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

End of content

No more pages to load

RADİO