“DXR” və “LXR” adlanan qurumların müstəqilliyinin tanınması məsələsi İrəvanın gündəmində deyil.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Armenpress”ə bildirib.
"Ermənistan iki dost ölkə - Rusiya və Ukrayna arasındakı problemləri diplomatik dialoq və danışıqlar yolu ilə həll etməyə ümid edir", - Unanyan bildirib.
Bizim.Media