"Rhythm and blues" musiqi janrında ifa edən amerikalı müğənni Keke Vyatt 11-ci övladını dünyaya gətirməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb.
Qeyd edək ki, cütlük 2018-ci ildə ailə həyatı qurub. Bu, Kekenin 3-cü evliliyidir. Onun ilk həyat yoldaşı Rahmat Mortondan 6, ikinci əri Mişel Forddan 3 övladı var.
Bizim.Media