Avropa Parlamentinin üzvləri Ermənistana dəstək və yardım göstərmək üçün bura gəliblər, lakin İrəvan və Bakının əvəzinə problemləri həll edə bilmərik, çünki bunlar sizin ölkələrinizdir, sizin problemlərinizdir və siz onları özünüz həll etməlisiniz.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü, Estoniyanın keçmiş xarici işlər naziri Marina Kalyurand Avronest PA-nın İrəvanda keçirilən iclası zamanı bildirib.
“Amma biz sizə kömək etməyə və dəstəkləməyə hazırıq. Zəhmət olmasa bizə deyin, kömək edək” deyə o, qeyd edib.
Bizim.Media