“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur”- Rəsmi açıqlama

“Ölüm haqqında şəhadətnamənin alınmasında insanlar çox əziyyət çəkir, get-gələ salınır, məhkəmələrə üz tuturlar. Ən böyük əngəl TƏBİB-ə məxsus klinikalardan ölüm haqqında arayışın alınmasıdır. Əgər mərhum sağlığında sahə həkiminin qəbulunda olmayıbsa, dünyasını dəyişəndə yaxınları arayış ala bilmirlər. Yeganə yol məhkəmədir, bu isə əlavə xərc və zaman itkisidir”.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev sosial şəbəkə hesabında yazıb.

Ölüm haqqında şəhadətnamənin alınması prosedurunun çətinliyi, yaxını vəfat edənlərin əziyyət çəkməsi, get-gələ salınması mətbuatda dəfələrlə müzakirə olunub, bu barədə şikayətlər işıqlandırılıb.

Problemi yenidən gündəmə gətirən ekspert qeyd edib ki, TƏBİB-ə yeni rəhbər təyinatından sonra ölüm haqqında arayışın alınması prosedurunun asanlaşdırılması istiqamətində səy göstərilsə, yaxşı olar. Onun sözlərinə görə, əsas problem TƏBİB-də sistemin inteqrasiya olunmaması ilə bağlıdır, əks halda sistemə baxıb digər xəstəxanada müalicə almış xəstələr barədə məlumat əldə etmək mümkün olardı.

Bəs problemin həlli istiqamətində hansısa işlərin görülməsi nəzərdə tutulubmu? Qeyd olunan inteqrasiya məsələsi öz həllini tapacaqmı?

Məsələ ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya belə cavab verildi: 

“Ölüm haqqında tibbi şəhadətnamələrin verilməsinin qayda və şərtləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir.
 

“Ölüm haqqında tibbi şəhadətnamə” mülkiyyət formasından asılı olmayaraq, ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.


Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və ya tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında Qaydanın 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir”.

Bu açıqlamadan belə məlum olur ki, TƏBİB proseduru asanlaşdırmaq üçün səlahiyyətli orqan deyil.

Səhiyyə Nazirliyindən də təxminən eyni məzmunda, prosedur qaydalarını aydınlaşdıran cavab verilib:
“İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.
 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2022-ci il 19 sentyabr tarixli 21 nömrəli kollegiya qərarı ilə müvafiq dəyişikliklər edilib. Dəyişikliyə əsasən ölüm haqqında şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir.


Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə (//e-health.gov.az/Services?categoryID=2515)  əldə edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, ölüm haqqında tibbi şəhadətnamə yalnız tibb müəssisələri tərəfindən verilir və göründüyü kimi burada heç bir problem yaşanmamalıdır.

Əlavə olaraq qeyd edək ki, mərhumun meyiti Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin rayon və şəhər şöbələrində müayinə olunduğu halda mərhumun yaxınları həmin gün “Ölüm haqqında tibbi şəhadətnamə”ni ala bilirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

End of content

No more pages to load

RADİO