Bakıda yeni "trend" — Hətta varlılar da bu üsuldan istifadə edir

Müasir istehlak bazarında davranış modelləri sürətlə dəyişir. İnsanlar artıq yalnız yeni məhsullara üstünlük verməklə kifayətlənmirlər. Qənaət və səmərəlilik amilləri alış qərarlarında daha çox rol oynayır. Rəqəmsal imkanların genişlənməsi seçim imkanlarını artırır. Bu dəyişikliklər bazarın ümumi strukturuna da təsir göstərir.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli “Demokrat.az”a bildirib ki, burada həm qənaət strategiyası, həm də iqtisadi məcburiyyət amili mövcuddur:
 

"Hamı bilir ki, yeni məhsul almaq, onun ilk istifadəçisi olmaq daha üstün və daha premium seçim sayılır. Lakin bu məsələni yalnız məcburiyyətlə izah etmək də düzgün deyil. Əvvəllər ikinci əl məhsullara əsasən gəliri aşağı olan təbəqə müraciət edirdisə, bu gün orta və hətta nisbətən yüksək gəlirli insanlar da rasional seçim etdikləri üçün ikinci əl məhsullara üz tuturlar.


İkinci əl məhsullar deyildikdə adətən yalnız geyim nəzərdə tutulur, lakin bu anlayış daha genişdir. Buraya avtomobillər, mebellər və elektronika məhsulları da daxildir. Xüsusilə avtomobil bazarında ikinci əl satışlar çox geniş yayılıb. Eyni vəziyyət mebel və elektronika üçün də keçərlidir. Bu məhsulları artıq orta gəlirli insanlar da aktiv şəkildə alırlar. Bu səbəbdən məsələni yalnız iqtisadi məcburiyyətlə izah etmək kifayət deyil. İstehlakçı davranışında rasionallıq da mühüm rol oynayır. Sərfəli alternativlərin mövcudluğu və qiymət müqayisəsi qərarverməyə birbaşa təsir göstərir".

O deyib ki, alıcı davranışında da dəyişiklik müşahidə olunur:

"Impulsiv alışlardan planlı alışlara keçid baş verir. Eyni zamanda status amilləri ikinci plana keçir. Digər tərəfdən, ikinci əl məhsul bazarına çıxış da asanlaşıb. Əvvəllər insanlar bu məhsulları fiziki məkanlardan alırdılarsa, indi rəqəmsal platformalar vasitəsilə rahat şəkildə əldə edə bilirlər. Məsələn, müxtəlif onlayn elan saytları bu bazarın genişlənməsinə şərait yaradır.
Bu proses ikinci əl bazarını daha da böyüdür. Burada yalnız iqtisadi məcburiyyət və gəlir azalması deyil, həm də istehlakçı davranışında rasionallığın artması mühüm rol oynayır.

Bununla belə, bu tendensiya diqqətlə izlənməlidir. Çünki ikinci əl məhsullara yönəlmə bəzən əhalinin alıcılıq qabiliyyətindəki azalmanın da göstəricisi ola bilər.

Alıcılıq qabiliyyəti azaldıqda insanlar daha çox qənaət yönümlü və rasional seçimlərə üstünlük verirlər. Bu model özlüyündə mənfi deyil, lakin iqtisadi vəziyyətlə bağlı siqnal kimi də qiymətləndirilməlidir", - deyə iqtisadçı qeyd edib.
 

İqtisadçı qeyd edib ki, alıcılar artıq anlıq yox, planlı alış-verişə üstünlük verirlər. Rəqəmsal platformaların və onlayn elan saytlarının çoxalması isə bu bazara çıxışı xeyli asanlaşdırıb. Bununla belə, ikinci əl məhsullara yönəlmə həm də əhalinin alıcılıq qabiliyyətinin azalması ilə bağlı mühüm bir iqtisadi siqnal kimi dəyərləndirilməlidir.


Yəni, insanlar artıq "mütləq təzə olsun" prinsipindən uzaqlaşaraq, daha çox ciblərinə qənaət etməyə başlayıblar. İkinci əl maşın, telefon və ya mebel almaq artıq utanılacaq bir hal deyil, ağıllı maliyyə addımı hesab olunur. Lakin bu tendensiya həm də bazarda pulun azaldığını göstərən bir işarədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Gəmidə yaralanan azərbaycanlıların son durumu AÇIQLANDI

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

DÇ-2026: Çexiya - CAR oyunu başladı

DÇ-2026: Çexiya - CAR oyunu başladı

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

Netanyahu: “İsrail Livanı tərk etməyəcək”

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Bakı Bəyannaməsi qəbul edildi - FOTO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Şəbnəm Tovuzlunu hansı cəza gözləyir? – VİDEO

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Dövlətin satışa çıxardığı maşınlar rekord qiymətə SATILDI

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

Göz qapağına geyiminin zəncirbəndi ilişdi - VİDEO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

İran TRIPP layihəsinə dəstək vermək niyyətində deyil - FOTO

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

Prezident: “Odur ki, yenidən borc götürməyə başladıq”

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

“Ermənilərə Rusiyaya qarşı vuruşmağı öyrədirlər” - Mariya Zaxarova

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Saxta turlarla vətəndaşları aldadan qadın beynəlxalq axtarışa verildi

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Nazir Rumıniya Prezidentinin müşaviri ilə görüşdü - FOTO

Prezident: “Bu gün sülh artıq reallıqdır”- VİDEO

Prezident: “Bu gün sülh artıq reallıqdır”- VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur – VİDEO

Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO

Moskvada mağazaları yanan azərbaycanlı iş adamı: "Çox ziyan dəyib" - VİDEO

“Al Jazeera”: Şahbaz Şərifin İsveçrə səfəri LƏĞV EDİLDİ

“Al Jazeera”: Şahbaz Şərifin İsveçrə səfəri LƏĞV EDİLDİ

Yenidən qurulan Ağciyər Xəstəlikləri Xəstəxanasının açılışı oldu - FOTO

Yenidən qurulan Ağciyər Xəstəlikləri Xəstəxanasının açılışı oldu - FOTO

İlham Əliyev: “Dostlarımızın sayı ilbəilartır” - VİDEO

İlham Əliyev: “Dostlarımızın sayı ilbəilartır” - VİDEO

Türkiyə MMN Azərbaycan hərbçiləri üçün təlim keçəcək - FOTO

Türkiyə MMN Azərbaycan hərbçiləri üçün təlim keçəcək - FOTO

İrandan Ermənistana XƏBƏRDARLIQ: “Hədəf ola bilərsiniz!”

İrandan Ermənistana XƏBƏRDARLIQ: “Hədəf ola bilərsiniz!”

Sabah bəzi ərazilər qazsız qalacaq

Sabah bəzi ərazilər qazsız qalacaq

End of content

No more pages to load

RADİO