Aparıcı Sərxan Kərəmoğlu müğənni Manaf Ağayevin həbsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, "Instagram" hesabında qanun qarşısında hər kəsin bərabər olduğunu yazıb:
"Qanun qarşısında hər kəsin boynu qıldan incədir. Heç kim "genələ" və insanların hissi ilə oynaya bilməz. Təbii ki, o torpaqlarda şəhid olan qardaşlarımızın ailələri də baxıb qıcıq ola bilər".
Aparıcı əlavə edib ki, sosial şəbəkələrdə Manaf Ağayevlə bağlı yazılan təhqirlər yazanları da qınayır:
"Ancaq bəzi səhifələrdə yazılan fikirlərə münasibətim çox pisdir. Manaf özü, ya övladları özbaşına deyildi ki, vətən müharibəsi vaxtı əlinə silah alıb ön cəbhəyə getsin. Bu dövlət qanunlarla idarə olunur və ordumuz düzgün döyüş sayəsində qalib olub. Manafın atılan dırnağı olmayanların əlinə fürsət düşüb, yazın ağzınıza gələni... Manafın ailəsinə isə bu günlərdə dözüm arzu edirəm".
Bizim.Media