Ukraynada baş verənlər iki qütbün TOQQUŞMASIDIR – “Razılaşacaqlar...”

“Ukrayna böhranında gərginliyi yaradan elə Qərbin özüdür. ABŞ-ın təkqütblü dünyaya sahib olmaq niyyəti, Baydenin seçki kampaniyasında verdiyi sözlər bugünkü olayların əsas səbəbləridir. SSRİ-dağıldıqdan sonra yaranan təkqütblü dünyada artıq yeni qütblər meydana çıxmağa başlayıb. Hətta Avropa dövlətləri belə ABŞ-ın yanında olsalar da, öz mövqelərini ortaya qoyurlar”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

Belə ki, Ukrayna ətrafında oynanan oyunları şərh edən politoloq “təbii ki, Rusiyanın özü də məsum deyil. Sovet dövründən sonra yaranan bütün regional münaqişələr Rusiyanın əməlidir. Qarabağ münaqişəsi də 30 il idi ki, Moskvaya görə həllini tapmırdı. İndiki situasiyada isə, NATO-nun genişlənməsi fonunda, Rusiya bu çəmbərdə öz rolunu oynamağa başlayıb”, - deyə qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

"Ukrayna Donbasda heç bir hücum əməliyyatı planlaşdırmır" - Müdafiə Nazirliyi


Ramiyə Məmmədova Ukraynanın Qərbə, Ukrayna ilə müharibənin isə Rusiyaya lazım olmadığını vurğulayıb:

“Əslində Ukrayna bu gün Qərbə lazım deyil. Onu nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etməyəcəklər. Sadəcə olaraq, ABŞ və NATO Ukraynadan çox gözəl istifadə edir. Çünki tarixə də baxsaq görərik ki, ABŞ hər zaman müharibələri 3-cü dövlətlərin ərazisində aparır. Ukraynanın silahlandırılması isə Rusiyanı qıcıqlandırır. Krımın ilhaqından sonra Rusiya artıq öz siyasətini Ukraynada göstərir.

Ukrayna ilə genişmasştabda müharibə aparmaq Rusiyaya gərəkli deyil. Rusiya sadəcə olaraq, Donetsk və Luqanskı özünə birləşdirməklə, Ukraynanı NATO ilə arasında bufer zonaya çevirəcək. Ukrayna isə Qərbin onlar üçün heç nə etməyəcəyini başa düşəcək.

Bu artıq Zelenskinin açıqlamalarından da sezilir. Bayden də dünənki mətbuat konfransında real addımların atılması ilə bağlı heç bir açıqlama vermədi. Sadəcə Ukrayna ilə əməkdaşlıq, Rusiyaya qarşı sanskiyalar vədləri ilə yetindi. Bunlar isə, Rusiyanı daha da qıcıqlandırır. Təbii ki, Moskva strateji olaraq, öz ətrafında başqa gücü qəbul etməyəcək. Qarabağda məhz Rusiya sülhməramlılarının yerləşdirilməsi də bununla bağlı idi”.

Politoloq Rusiyanın Ukraynaya müdaxiləsini mümkünsüz edən faktorları da sadalayıb: 

“ABŞ və Britaniyanın siyasəti də məhz Kremli qıcıqlandırıb, Rusiyanı qonşuları ilə düşmən vəziyyətinə gətirməkdir. Digər tərəfdən Rusiya da müharibəyə başlamaq istəmir. Kreml də bir növ Qərbə qarşı oyun oynayaraq, onlara qarşı eyni taktikanı işlətdiyini nümayiş etdirir.

İnanmıram ki, Rusiya Ukraynaya müdaxilə etsin. Böyük ehtimalla, Donetsk və Luqansk Rusiyaya birləşdiriləcək. Lokal müharibə isə, artıq başlanıb və bu illərlə davam edəcək. 

Eyni zamanda, Rusiyanın əsas iqtisadi proyektləri Türkiyə və Avropa ilə bağlıdır. Sözügedən layihələrlə Rusiya iqtisadiyyatını inkişaf etdirməyi hədəfləyir. Mümkün müharibə isə həmin layihələrin reallaşmamasına səbəb olacaq.

Digər tərəfdən Avropanın da Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi real deyil. Çünki köhnə qitənin Rusiyadan qaz asılılığı bunu mümkünsüz edir. Yəni, uzun sözün qısası, razılaşacaqlar”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

End of content

No more pages to load

RADİO