Ərini qətlə yetirən qadının məhkəməsi: "Oğlumu öldürdüyünü gizlədib" - FOTO

Ərini qətlə yetirərək yaşadığı həyətdə basdırmaqda təqsirləndirilən Elmira İbrahimovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmişin hüquqi varisi Cəmilə Əliyeva ifadə verib:

"Mənim oğlum boşanmaq istəyirdi. Amma mən oğluma imkan vermədim. Samir heç siqaret çəkmirdi, qaldı ki, narkotik istifadə etsin. O, yola çıxanda şəxsi əşyalarının içində elektron siqaret tapdım. Oğlumun güvənini itirdiyinə görə onu çölə çıxmağa qoymurdu. Deyirdi ki, başını bağla, amma o, da buna razı olmadı. Çox maraqlıdır ki, hadisəni heç bir qonşu görməyib.

O deyir ki, bütün əşyaları atıb. Halbuki onun belində problem var idi. Necə ola bilər ki, zərif qadın ola-ola ağır divanı aparıb? Xanım deyir ki, bütün qanlı əşyaları zibil yeşiyinə atıb. Bəs zibil daşıyan maşın bu qanlı xalçanı və divanı guya görmədi? 11 ay üzbəüz oturub mənlə çörək yeyib, oğlumu öldürdüyünü gizlədib. Bunu heç düşmən düşmənə etməzdi. Oğlumu öldürüb gizlədəndə uşaqlara deyirdi ki, atanız sizi atıb getdi, daha gəlməyəcək".

Təqsirləndirilən şəxs bildirib ki, çarpayını mebel mağazasına gedərək dəyişdirib:

"Mənim bir telefonum var idi. Mərhum mənə imkan vermirdi telefon işlətməyə".

Mərhumun anası isə təqsirləndirilən şəxsin ifadələrinin yalan olduğunu deyib.

Daha sonra Samir Əliyevin atası Arif Əliyev məhkəmədə şahid qismində ifadə verib.

"Böyük qızımız Türkiyədə qalırdı və biz ora getdik. Düşündüm ki, dekabrın sonuna kimi qalım. Amma bir həftə keçməmiş Bakıya qayıtmalı oldum. Gəlinim mənə zəng edib dedi ki, oğlum Samir yoxa çıxıb. Yoldaşım da Türkiyədən qayıtdı.

Gəlinimin mərhum oğlumla 2012-ci ilə qədər araları yaxşı olub. Oğlum onun telefonunda başqa bir adamın yazdığı mesaja görə aralarında mübahisə yaranıb və onu 2019-cu ildən çölə çıxmağa icazə vermədi. Təqsirləndirilən şəxs Samir öləndən sonra telefon işlədib. Mənə dedi ki, Samir 500 manat verdi ki, özünə telefon al. Oğlum torpaq satışı üzrə makler idi. Torpaq satışından pul qazanmışdı, mənə elə gəlir ki, Elmira o pulu ələ keçirib".

Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ildə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib Belə ki, orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər.

Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda minik avtomobili motosikletçini vurdu - ANBAAN VİDEO

Bakıda minik avtomobili motosikletçini vurdu - ANBAAN VİDEO

Kreditlərlə bağlı YENİ MODEL – Ödəniş aybaay azalacaq

Kreditlərlə bağlı YENİ MODEL – Ödəniş aybaay azalacaq

Sürayyə Hacıyeva yüksək vəzifəyə təyin olundu - FOTO

Sürayyə Hacıyeva yüksək vəzifəyə təyin olundu - FOTO

Bakıda 21 yaşlı oğlan dənizdə batdı

Bakıda 21 yaşlı oğlan dənizdə batdı

İsmayıllıda ağır qəza: Ölən və xəsarət alanlar var

İsmayıllıda ağır qəza: Ölən və xəsarət alanlar var

Kafenin qarşısında DAVA: 35 yaşlı kişini döyüb öldürdülər

Kafenin qarşısında DAVA: 35 yaşlı kişini döyüb öldürdülər

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

III kurs tələbəsi vəfat etdi

III kurs tələbəsi vəfat etdi

Netanyahu: "İranda hakimiyyət dəyişikliyi üçün şərait yaratmışıq"

Netanyahu: "İranda hakimiyyət dəyişikliyi üçün şərait yaratmışıq"

Argentina və Fransa yenidən meydanda - Həyəcan davam edir

Argentina və Fransa yenidən meydanda - Həyəcan davam edir

Qadın məmur 2 milyon dolları mənimsəmək üçün özünü qaçırtdı

Qadın məmur 2 milyon dolları mənimsəmək üçün özünü qaçırtdı

Pirəkəşkül sakinlərinə: “Təşvişə düşməyin!”

Pirəkəşkül sakinlərinə: “Təşvişə düşməyin!”

Dəfn müavinəti kimə 600 manat, kimə 3 misli ödənilir? - Vətəndaşların bilməli olduğu QAYDALAR

Dəfn müavinəti kimə 600 manat, kimə 3 misli ödənilir? - Vətəndaşların bilməli olduğu QAYDALAR

Dünyanın ən böyük qaz emalı müəssisəsində DƏHŞƏTLİ PARTLAYIŞ – VİDEO

Dünyanın ən böyük qaz emalı müəssisəsində DƏHŞƏTLİ PARTLAYIŞ – VİDEO

Çimərliyə getmək istəyənlərə XƏBƏRDARLIQ

Çimərliyə getmək istəyənlərə XƏBƏRDARLIQ

Hüseyn Məhəmmədoğlu: “Get dişini düzəlt, pulun yoxdur?”

Hüseyn Məhəmmədoğlu: “Get dişini düzəlt, pulun yoxdur?”

Təkcə itlər deyilmiş: Keçilər də insanın səs istiqamətini izləyə bilir

Təkcə itlər deyilmiş: Keçilər də insanın səs istiqamətini izləyə bilir

Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?

Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?

Ukraynadan növbəti PUA HÜCUMLARI – Moskvada ardıcıl partlayışlar – ANBAAN VİDEO

Ukraynadan növbəti PUA HÜCUMLARI – Moskvada ardıcıl partlayışlar – ANBAAN VİDEO

Trampın tərəfdarı Kolumbiyada prezident seçkilərində qalib gəlir

Trampın tərəfdarı Kolumbiyada prezident seçkilərində qalib gəlir

Yağışdan sonra gölməçələr tarixə qovuşa bilər: Bakıda iri layihə icra olunur – VİDEO

Yağışdan sonra gölməçələr tarixə qovuşa bilər: Bakıda iri layihə icra olunur – VİDEO

Anadangəlmə yüksək intellektə malik 4 bürc

Anadangəlmə yüksək intellektə malik 4 bürc

İran-ABŞ danışıqlarının NƏTİCƏLƏRİ – Razılaşma əldə olunan məsələlər AÇIQLANDI - FOTO

İran-ABŞ danışıqlarının NƏTİCƏLƏRİ – Razılaşma əldə olunan məsələlər AÇIQLANDI - FOTO

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

End of content

No more pages to load

RADİO