Bu ilin yanvar ayında Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 207,051 mln. ABŞ dolları təşkil edib. Bu, illik ifadədə 29,6% çoxdur.
Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ölkənin Rusiyaya ixracı illik müqayisədə 62,2% artaraq 72,502 mln. dollar, idxal isə 16,9% artaraq 134,549 mln. dollar təşkil edib.
Nəticədə, ilin ilk ayında 62,046 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11,9% azdır.
Bizim.Media