Braziliyada koronavirusun yeni ştammı aşkar edilib.
Bizim.Media xəbər verir ki, virusun yeni növünə Rio-de-Janeyroda rast gəlinib.
Braziliyalı alimlər yeni yoluxucu virusun iyul ayında Rio-de-Janeyroda ortaya çıxdığını, sonra əyalətin 19 şəhərində tapıldığını müəyyənləşdiriblər. Bildirlib ki, ümumilikdə 180 genomdan 38-ində mutasiya aşkarlanıb.
İngiltərədə tapılan növ kimi, Braziliyada ortaya çıxan yeni ştammın bütün nümunələrində də S-proteinində “E484K” mutasiyası aşkarlanıb.
İndiyə qədər mütəxəssislər yeni növün daha aqressiv və ya yoluxucu olduğuna dair heç bir dəlilə rastlamayıblar.
Qeyd edək ki, Braziliyada ilk koronavirusa yoluxma faktı 2020-ci ilin fevralın 26-da qeydə alınıb. Hazırda bu ölkə yoluxanların sayına görə (7 318 821 nəfər) ABŞ və Hindistandan sonra üçüncü yerdədir.
Bizim.Media